Karantin rejiminin müddəti uzadıldı


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

AFN.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il aprelin 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejimi 2026-cı il yanvarın 1-dək olan dövrü əhatə edirdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu