Hikmət Hacıyev Yuri Qusevlə görüşüb
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
AFN.az xəbər verir ki, bu barədə səfir X hesabında paylaşım edib.
"Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə məhsuldar görüş keçirilib. 2025-ci ilin nəticələri və 2026-cı ildə strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün atılacaq addımlar müzakirə olunub. Azərbaycanın Ukraynaya göstərdiyi davamlı dəstəyə görə minnətdarlıq ifadə edilib", - deyə o bildirib.




