Generalın qardaşı FHN-dəki vəzifəsindən azad olundu


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kadr siyasəti Baş idarəsinin rəis müavini vəzifəsindən azad olunub.

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

Əmrə əsasən, Mübariz Abduyev öz ərizəsi ilə vəzifəsindən azad olunaraq dövlət qulluğunda son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Mübariz Abduyev Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük general-mayoru Sadiq Abduyevin qardaşıdır.

Sadiq Abduyev 2018-ci ildədərman mafiyası”na qarşı hüquq-mühafizə orqanlarının gömrük xidmətində keçirdiyi əməliyyat zamanı vəzifəsindən azad olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu