Mehdiabaddan “28 May” istiqamətinə tramvay yolu çəkiləcək
Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvay xəttinin tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
AFN.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev məlumat verib.
O, çıxışını “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masa zamanı edib.
Anar Rzayev bildirib ki, tramvay xəttinin bərpası istiqamətində artıq mühüm işlər görülüb.
“Mehdiabad qəsəbəsindən metronun “28 May” stansiyasına tramvayın tətbiqi ilə bağlı ilkin texniki-iqtisadi əsaslandırma sənədi hazırlanıb, hazırda isə layihələndirmə üzrə işlər aparılır”, – deyə o qeyd edib.
Agentlik rəhbərinin sözlərinə görə, tramvay xəttinin keçəcəyi marşrut nəzərə alınaraq “Sea Breeze” ərazisində yolun en kəsiyinin forması da artıq razılaşdırılıb.


