“İdrak” liseyində güllələnən müəllimin vəziyyəti açıqlandı


“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub.


Qafqazinfo




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu