Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olunub - VİDEO


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) kobud qayda pozuntusuna yol verən sürücü ilə bağlı sosial şəbəkələrdə və onlayn mediada yayılan videogörüntünü araşdırıb.

İdarədən AFN.az-a verilən məlumata görə, araşdırma zamanı hadisənin paytaxtın Binəqədi rayonu ərazisində baş verdiyi müəyyən edilib. Məlum olub ki, “Hyundai” markalı avtomobilin sürücüsü Telman Rüstəmov nəqliyyat vasitəsinin idarə edilməsini azyaşlıya həvalə edib.

Həmin şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məsuliyyət tədbirləri tətbiq olunub. BDYPİ-dən bildirilib ki, nəqliyyat vasitəsinin idarə edilməsinin azyaşlıya həvalə olunması qanunazidd olmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Qurum nəqliyyat vasitəsi sahiblərindən və valideynlərdən tələb edir ki, bu kimi hallara qətiyyən yol verməsinlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmasınlar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu