Qoca Səmədovun oğlu azadlığa buraxıldı


Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə tərəfindən bu barədə müvafiq qərar qəbul edilib.

Məlumata görə, Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib və o, həmin maddə ilə bəraət alıb. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə bağlı cinayət işinə isə tərəflər arasında barışıq əldə olunduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 3 ay əvvəl rayonun İsmayılabad kəndində baş verib. İlkin məlumatlarda Zaur Səmədovun mübahisə zəminində tanışına ov tüfəngindən atəş açaraq xəsarət yetirdiyi bildirilirdi.

Z.Səmədovun atası Qoca Səmədov uzun müddət Yevlaxın icra başçısı vəzifəsində çalışıb. O, korrupsiya cinayətlərində təqsirli bilinərək məhkum edilmiş, şərti azadlığa buraxılandan qısa müddət sonra isə vəfat etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu