Hacı Əliyevə mayor rütbəsi verildi - FOTO
Güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyev mayor rütbəsi alıb.
AFN.az xəbər verir ki, bu barədə H.Əliyev özünün instaqram hesabında paylaşım edib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin əmrilə mayor rütbəsi aldığını bildirən idmançı yazıb: “Bu gün həyatımda unudulmaz günlərdən biri oldu. Hacı Əliyev olaraq Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsinə layiq görülmək mənim üçün böyük şərəf və məsuliyyətdir. Göstərilən etimada görə təşəkkür edir, vətənə xidmət yolunda daha böyük əzmlə çalışacağımı bildirirəm”.
Qeyd edək ki, Hacı Əliyev həmçinin Olimpiya oyunlarının mükafatçısıdır və uzun müddətdir ki, Dövlət Sərhəd Xidmətinin idman bölməsində təmsil olunur.




