"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Zirə" isə "Neftçi"yə qarşı - bu günün oyunları


Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVIII tura start verilir.

AFN.az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.

Günün ilk qarşılaşmasında "Araz-Naxçıvan" öz meydanında "Turan Tovuz"u qəbul edəcək. "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Naxçıvan təmsilçisi 27 turdan sonra 39 xalla altıncı, tovuzlular isə 52 xalla üçüncü yerdə qərarlaşıblar.

Günün digər qarşılaşmasında isə avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iki komanda "Zirə""Neftçi" üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək bu maraqlı qarşılaşma saat 19:30-da başlayacaq. Qeyd edək ki, 27 turdan sonra aktivində 44 xalı olan "Zirə" dördüncü, 43 xal toplayan "Neftçi" isə beşinci yerdədir.


17 aprel


17:00, "Araz-Naxçıvan" - "Turan Tovuz"


Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, İslam Məmmədov;

VAR: Fərid Hacıyev;

AVAR: Rəhman İmami;

Hakim-inspektor: Rəhim Həsənov;

AFFA nümayəndəsi: Emin Cəfərov; "SOCAR Polymer Arena".


19:30, "Zirə" - "Neftçi"


Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Kamran Əliyev;

VAR: Nicat İsmayıllı;

AVAR: Eyyub İbrahimov;

Hakim-inspektor: İmanxan Sultani;

AFFA nümayəndəsi: Anar Şıxəliyev; Zirə İdman Kompleksinin stadionu.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu