Məzahir Pənahov yenidən MSK sədri seçildi
Bu gün Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda təşkilatı məsələlərə - MSK sədrinin, sədr müavininin və katiblərin seçilməsi məsələsinə baxılıb.
Məzahir Pənahov yenidən MSK sədri seçilib. Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə MSK-nın katibi seçiliblər.
Qeyd edək ki, Məzahir Pənahov 26 ildir Komissiyaya rəhbərlik edir.



