AAYDA-da daha bir vəzifəli şəxs işdən çıxarıldı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Avtomobil Yollarının Mühafizəsi Xidmətində daha bir vəzifəli şəxs işdən azad edilib.
AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, qurumun Nəzarət şöbəsinin rəisi Mehman Hüseynov İsrafil oğlu da işdən çıxarılıb. O, sözügedən xidmətdə əsas fiqurlardan biri kimi tanınıb.
Qeyd edək ki, son aylarda qurumda genişmiqyaslı kadr təmizlənməsi müşahidə olunur. Bundan əvvəl Xidmətin rəis müavinləri Həbib Əliyev və Eyyub Həsənov, eləcə də Bakı üzrə bölgə rəisi Coşqun Qarayev başda olmaqla 10-a yaxın rəhbər şəxs vəzifələrindən azad olunublar.
Xatırladaq ki, bu kütləvi azad olunmalar agentliyin rəhbərliyindəki dəyişikliklər və daxili yoxlamalar fonunda baş verir. Azad edilən şəxslərin siyahısına Nəqliyyat, Əməyin mühafizəsi şöbələrinin rəisləri və bir neçə tərəzi nəzarət məntəqəsinin rəhbərləri də daxildir.


