Sara Əzimovaya yeni vəzifə verildi


Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni kadr təyinatı olub.

Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə əməkdar jurnalist Sara Əzimova təyin edilib. S.Əzimova aprelin 29-da kollektivə təqdim olunub.

Qeyd edək ki, aprelin 17-də Sara Əzimova öz ərizəsi əsasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sərəncamı ilə "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edilmişdi.

Məlumat üçün bildirək ki, Sara Əzimova uzun illərdir media sahəsində fəaliyyət göstərir. O, 2015-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. 2025-ci ildə isə "Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti" fəxri adına layiq görülüb.

Sara Əzimova həmçinin Naxçıvan Muxtar Respublikasında Mətbuat Şurası İdarə Heyətinin və Televiziya və Radio Şurasının üzvü kimi fəaliyyət göstərib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu