Yeni Klinika və Kliniki Tibbi Mərkəzə direktorlar təyin olundu


Kliniki Tibbi Mərkəzə və Yeni Klinikaya yeni direktorlar təyin olunub.

AFN.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin (KTM) direktoru vəzifəsinə Musa Abbasov gətirilib. Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov imzalayıb.

Musa Abbasov bu gündən vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, o, 2020-ci ildən bu təyinata qədər Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsində çalışıb. Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islahatlar zamanı KTM-in keçmiş direktoru Könül Ələkbərov vəzifəsindən azad edilmişdi.

Eyni zamanda, Yeni Klinikaya da yeni rəhbər təyin edilib. TƏBİB sədrinin əmri ilə bu vəzifəyə Zəhra Vəzirova gətirilib. Zəhra Vəzirova bu təyinata qədər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb.

O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir. Qeyd edək ki, Yeni Klinikanın əvvəlki direktoru Barat Yusubov aprelin 22-si vəzifəsindən azad olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu