Paytaxtda bəzi yollarda tıxac müşahidə olunur
Bakının bəzi yollarında və əsas prospektlərində güclü nəqliyyat sıxlığı müşahidə olunur.
AFN.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda paytaxtın bir neçə istiqamətində avtomobillərin hərəkətində çətinliklər yaranıb.
Sıxlıq qeydə alınan əsas yollar:
- Bakı-Sumqayıt şosesi və "20 Yanvar" dairəsi istiqaməti;
- Ziya Bünyadov prospekti (Atatürk prospekti və Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmələr);
- Heydər Əliyev prospekti (həm əsas, həm də köməkçi yol, mərkəz istiqaməti);
- Tbilisi prospekti, Babək prospekti və 8 Noyabr prospekti;
- Yusif Səfərov, Üzeyir Hacıbəyli və Xətai prospektləri mərkəz istiqamətində.
Həmçinin Mikayıl Müşfiq küçəsində, "Badamdar" dairəsindən 20 nömrəli məktəb istiqamətində də nəqliyyatın hərəkəti ləngiyir. Sürücülərə imkan daxilində alternativ yollardan istifadə etmək tövsiyə olunur.
