Mikayıl İsmayılovun oğlu ilə məhkəməlik olan Fidan saxlanıldı


SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin keçmiş sevgilisi Fidan Abbasova saxlanılıb.

AFN.az xəbər verir ki, F.Abbasova hədə-qorxu ilə tələb etməkdə və xuliqanlıqda ittiham edilir. Cinayət işi üzrə şikayətçi tərəf Orxan İsmayılzadədir.

İddiaya görə, Fidan Abbasova 2017-ci ildə şantaj yolu ilə qarşı tərəfdən 200 min manat pul alıb. Fidan isə ittihamları rədd edərək, bu addımın övladının atalığına dair iddiadan imtina etməsi üçün təzyiq vasitəsi olduğunu bildirir.

Qeyd edək ki, birinci və apellyasiya instansiya məhkəmələri uşağın atasının O.İsmayılzadə olduğunu artıq təsdiqləyib. Hazırda cinayət məsuliyyətinə cəlb edilən F.Abbasovanın həbs olunması tələbi ilə Xətai Rayon Məhkəməsinə çıxarılacağı gözlənilir. //Qafqazinfo//






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu