Sabah 30 dərəcə isti olacaq



Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv yağıntı, şimşək çaxmasıdolu düşməsi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 14-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 23-25° isti olacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu