Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı - FOTO


Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. Hadisə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb.

Yeniyetmənin hansı səbəblə öldüyü hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb, ölümün dəqiq səbəbləri müəyyənləşdirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu