Bu məktəblərdə tədris bir müddət "Rəqəmsal məktəb" üzərindən aparılacaq


Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçirildiyi dövrdə Bakının bəzi rayonlarında tədris prosesi distant formaya keçirilir.

AFN.az xəbər verir ki, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin (Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla) V-XI sinifləri üzrə tədris prosesi 18-22 may tarixlərində distant (məsafədən) formada təşkil olunacaq.

Yasamal, Səbail, Nəsimi, Nərimanov, Binəqədi, Xətai və Xəzər rayonlarındakı ümumi təhsil müəssisələrini əhatə edən distant dərslər "Rəqəmsal məktəb" platforması üzərindən tədris olunacaq.

Müəllimlər şəxsi kabinetlərindəki "Microsoft" alətləri bölməsi vasitəsilə "Teams" platformasına keçid edərək dərs cədvəllərini hazırlaya bilərlər. Onlayn dərslərə qoşulmaq üçün dərs məlumatları platforma üzərindən şagirdlərlə paylaşılacaq.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu