Səhiyyə Nazirliyi "General Hospital"da araşdırmaya başladı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən "General Hospital"da vətəndaşa saxta sağlamlıq arayışı verilməsi iddiası ilə bağlı araşdırma aparılır.
AFN.az bu barədə "Unikal"a istinadla xəbər verir ki, məsələ hazırda rəsmi qurumun nəzarətindədir.
"Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək. Aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən dəfələrlə tədbirlər görülüb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, sözügedən tibb müəssisəsinin adı müxtəlif vaxtlarda fərqli neqativ hallarda hallanıb və bu səbəbdən mütəmadi olaraq yoxlamalara cəlb edilib.
