Vado Korovinin kürəkəni Vado Korovinin kürəkəni də "Space" TV-dən çıxarıldıdə işdən çıxarıldı
“Space” televiziyasının vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyev işdən çıxarılıb.
Bu barədə Nəriman Əbdüləliyev sosial şəbəkə hesabında məlumat paylaşıb.
“Bu gün mənim üçün önəmli bir mərhələ başa çatdı. Space TV-də keçən illər ərzində çox mürəkkəb, eyni zamanda dəyərli bir yol keçdik. Göstərilən səmimiyyətə və münasibətə görə kollektivə ayrıca təşəkkür edirəm. Həyatda insanın necə qarşılanmasından çox, necə yola salınması yadda qalır. Space kollektivinə və yeni rəhbərliyə uğurlar arzulayıram”, - deyə o qeyd edib.
Qeyd edək ki, bir neçə ay əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib.

