Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür


Qarabağ Universitetinin İncəsənət və turizm fakültəsi Şuşaya köçürüləcək.

AFN.az xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, 1500-ə yaxın müəllim və tələbənin Şuşada daimi məskunlaşması deməkdir:

“Düşünürük ki, gənclər və tələbələr şəhərə yeni ab-hava qatacaqlar”.

A.Kərimov həmçinin Şuşa şəhərində uşaq bağçasının tikintisinin nəzərdə tutulduğunu əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu