Leyla Əliyevadan fermer qadına incə davranış



Fermer Rəftarə Şükürova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

AFN.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, R. Şükürova bu haqda instaqram hesabında yazıb.

O bildirib ki, L. Əliyeva Lənkərana, “Citrus Valley”ə səfəri zamanı yeriməkdə çətinlik çəkdiyini gördükdən sonra ona qolf maşını hədiyyə edib.

“62 yaşımda sükan arxasına oturdum. Bu o deməkdir ki, heç nə üçün gec deyil! Bu o deməkdir ki, insan onun qayğısına qalan, ona diqqət göstərən insanlar olduqca cavanlaşır, özündə yeni güc və enerji tapır.

Əzizim Leyla xanım Əliyeva bağımıza son səfəri zamanı yaşımı və ayaqlarımla bağlı yaşadığım çətinlikləri nəzərə alaraq, bağda rahat hərəkət edə bilməməyimdən narahatlığını ifadə etmişdi. Bu qədər diqqət, bu qədər həssaslıq və incəlik...

Bu gün Leyla xanımın hədiyyəsi mənə çatdırıldı. Bu diqqət mənim üçün sadəcə bir hədiyyə deyil. Bu, daha böyük işlər görməyə həvəs, daha çox qadına nümunə olmağa stimul və insanın zəhmətinin qiymətləndirildiyini hiss etməsinin verdiyi gözəl duyğudur.

Səmimi diqqətinə və qayğısına görə minnətdaram”, - o vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu