Şəhid xanımı qətlə yetirildi: Qayınatası saxlanıldı - FOTO
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub.
AFN.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün “Şuşa şəhərciyi”ndə qeydə alınıb.
Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqlayaraq öldürüb. Adıgözəl Məmmədov saxlanılıb.
Qeyd edək ki, qətli törədən Adıgözəl Məmmədov 44 günlük Vətən müharibəsi şəhidinin atası, qətlə yetirilən qadın isə şəhidin həyat yoldaşıdır.



