“PAŞA Bank”dan TƏBİB-ə təyinat


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara Nigar İbrahimova təyin olunub.

AFN.az xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu. (Trend)

Zara İbrahimzadə 2026-ci ilin yanvar ayından may ayına kimi “PAŞA Bank”ın Baş icraçı direktorunun müşaviri olub.

O, 2023-cü ilin fevral ayından 2026-cı ilin yanvar ayına kimi “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub. ABB-nin Marketinq departamentinə direktor kimi 2020-ci ilin dekabrında təyin edilmişdi və 2023-cü ilin yanvarında vəzifəsindən ayrılıb.

ABŞ-ın Corc Mason Universitetinin məzunu olan Z.İbrahimzadə son 15 ildə Türkiyədə fəaliyyət göstərib.

Müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb. Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu