Kolumbiya BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə başladı



Kolumbiya Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında iyun ayı üçün rotasiya qaydasında nəzərdə tutulan dövri sədrliyi təhvil alıb və sülhün bərqərar olunması ilə dəstəklənməsinin onun prioritet mövzuları arasında yer alacağını bəyan edib.

AFN.az xəbər verir ki, Kolumbiyanın BMT-dəki daimi nümayəndəsi Leonor Zalabata keçirdiyi mətbuat konfransında ölkəsinin iyun ayı ərzində yürüdəcəyi BMT Təhlükəsizlik Şurası sədrliyinin artan geosiyasi gərginliklər, münaqişələr və humanitar böhranların yaşandığı bir dövrlə üst-üstə düşdüyünü qeyd edib.

Zalabata BMT Təhlükəsizlik Şurasının ay ərzində Yaxın Şərqdəki hadisələri diqqətdə saxlayacağını bildirərək, sədrliyi dövründə dialoqa əsaslanan sülh proseslərinin qurulması, dəstəklənməsi və çoxtərəfliliyin gücləndirilməsi məsələlərinə prioritet qismində diqqət yetirəcəklərini ifadə edib.

Kolumbiya Prezidenti Qustavo Petronun gələn həftə BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdə sülhün qorunmasına dair təşkil olunacaq iclasda çıxış edəcəyi də açıqlanıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu