Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi



Ötən ilin ən böyük əməliyyatlarından biri olan 5 milyonluq siqaret qaçaqmalçılığı ilə bağlı ilkin istintaq başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxslərə artıq yekun ittiham elan edilib.

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının sahibi Ruslan Eyyubov, limanın rəisi Rəşad Daşdəmirov, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Fərid Usubov və digərləri barəsindəki istintaq sənədləri tanışolma üçün müdafiə tərəfinə təqdim olunub.

Tanışolma prosesi başa çatdıqdan sonra toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206.4, 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 və 308.2-ci maddələri ilə ittiham edilirlər. Bu əməllər xüsusilə ağır cinayət hesab olunur.

Qeyd edək ki, cinayət işləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Təqsirləndirilən şəxslərin hamısı ötən ilin dekabrından həbsdədirlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu