Ölkənin ən uzunömürlü vətəndaşı 136 yaşında dünyasını dəyişib



Azərbaycanın ən yaşlı sakini kimi tanınan, 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova vəfat edib.

Lənkəranda yaşayan 136 yaşlı uzunömürlünün səhhətində yaranan problemlərə görə yerləşdirildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həyatını itirdiyi bildirilib.

Verilən rəsmi məlumatlara görə, o, son beş gün ərzində tibb müəssisəsinin reanimasiya bölməsində gərgin həkim nəzarəti altında müalicə alırdı.

Ömür yoluna nəzər saldıqda məlum olur ki, Tamam Əzizova həyat yoldaşını gənc yaşlarında itirdikdən sonra dörd övladını təkbaşına böyütməli olub və kifayət qədər çətin, keşməkeşli, lakin uzun bir həyat yaşayıb. (AZƏRTAC)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu