Səttar Bəhlulzadə adına XDTG-nin şagirdi blok imtahanında ən yüksək nəticəni göstərdi


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 24 may 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

AFN.az xəbər verir ki, bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni - 400 balı 3 nəfər toplayıb.

Bunlar Bakı şəhəri Suraxanı rayonu Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü gimnaziyanın məzunu Quliyeva Zeynəb Ələddin qızı, Bakı şəhəri Nizami rayonu 62 saylı məktəb-liseyin məzunu Qasımova Aişə İlqar qızı və İsmayıllı rayonu Qalacıq kənd orta məktəbinin məzunu Qardaşova Fidan Ceyhun qızdır.

Quliyeva Zeynəb Ələddin qızı imtahanın birinci mərhələsində 287.7 bal, Qasımova Aişə İlqar qızı 285.9 bal, Qardaşova Fidan Ceyhun qızı isə 285.2 bal toplayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu