Ağdamda insan sümüklərinə bənzər skelet qalıqları tapıldı


Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan sümüklərinə bənzər skelet qalıqları aşkar edilib.

AFN.az xəbər verir ki, hadisə rayonun Baş Qərvənd kəndi ərazisində qeydə alınıb.

Ərazidə fəaliyyət göstərən podratçı şirkət tərəfindən aparılan qazıntı işləri zamanı tapılan qalıqlarla bağlı dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilib.

Bundan sonra hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara yerində baxış keçirilib. İlkin məlumata görə, sümüklərin mənşəyinin, dövrünün və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Hazırda faktla bağlı aidiyyəti dövlət orqanları tərəfindən araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu