İstanbuldakı Azərbaycan məktəbində şiddət qalmaqalı: əməkdaş saxlandı - VİDEO


Türkiyənin İstanbul şəhərinin Bayrampaşa rayonunda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbdə azyaşlı şagirdlərin zorakılığa məruz qaldığı iddia olunur.

AFN.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə ötən həftə baş versə də, bununla bağlı görüntülər yalnız son günlərdə ictimailəşdirilib.

Yayılan videolarda məktəbin adı açıqlanmayan 60 yaşlı qadın əməkdaşının uşaqlara çubuqla vurduğu əks olunub. Kadrlarda həmin şəxsin Azərbaycan dilində danışması da diqqət çəkən əsas məqamlardan biri olub.

Məlum qorxunc görüntülərin sosial şəbəkələrdə yayılmasının ardından Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən sözügedən əməkdaş dərhal saxlanılıb. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində rəsmi araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu