23 yaşlı oğlan dənizə batdı
Xəzər rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan nəzarətsiz ərazidə 1 nəfər batıb.
AFN.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə ən yaxın xilasetmə məntəqəsindən 3 km aralıda baş verib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş-2003-cü il təvəllüdlü Rəhman Əmirovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.




