16 yaşlı Asimanın da meyiti tapıldı


Avqustun 6-sı dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.

AFN.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

“6 avqustda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu