Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 14-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
AFN.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 11-12-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
