Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub?


SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.

AFN.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o, öz ərizəsi ilə vəzifədən ayrılıb.

Məsələ ilə bağlı SOCAR-a sorğu ünvanlansa da, cavab almaq mümkün olmayıb. Lakin qurumun rəsmi saytında vitse-prezidentlərlə bağlı bölmədə B.Hüseynov haqqında məlumat hələ də qalmaqdadır.

Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu