Yaponiya Putinin Kuril adalarına səfərindən sonra atılacaq addımları qiymətləndirir
Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi Rusiya Prezidenti Vladimir Putinin iki ölkə arasında mübahisə mövzusu olan Kuril adalarına səfərindən sonra atılacaq addımların qiymətləndirildiyini bildirib.
AFN.az xəbər verir ki, Kyodo News-un məlumatına görə, Yaponiya Xarici İşlər Nazirliyinin rəsmisi Putinin Kuril adalarına səfəri ilə bağlı açıqlama verib.
Rəsmi “Bundan sonra hansı addımın atılacağını qiymətləndiririk” ifadəsini işlədib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin dünən iki ölkə arasında mübahisə mövzusu olan Kuril adaları silsiləsinin bir hissəsi olan İturup adasına səfər edib.
Yaponiya tərəfindən verilən açıqlamada isə sözügedən səfərə şiddətlə etiraz edildiyi bildirilib.
Qeyd edək ki, Rusiyanın Saxalin vilayətinə bağlı İturup adası Kuril adalarının cənubunda yerləşir. İkinci Dünya müharibəsinin sonuna qədər Yaponiyanın hakimiyyəti altında olan Kuril adaları 1945-ci ildə keçmiş Sovet İttifaqının hakimiyyətinə keçib.

