Metroda hərəkət olan və olmayan istiqamətlər açıqlandı


Metroda aparılan tikinti işi ilə əlaqədar sərnişinlərin hərəkət edə bilmədiyi istiqamətlər açıqlanıb.

AFN.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Belə ki, sərnişinlər aşağıdakı istiqamətlər üzrə hərəkət edə bilmir:

“Dərnəgül” stansiyasından “Həzi Aslanov” və “İçərişəhər”;

“Həzi Aslanov”dan “Dərnəgül”;

“İçərişəhər”dən isə “Dərnəgül” istiqamətində metro ilə səfər hələlik mümkün deyil.

Öz ritmində qalan istiqamətlər isə aşağıdakılardır:

“Həzi Aslanov - İçərişəhər”;

“Cəfər Cabbarlı - Xətai”;

Yaşıl xəttin “Memar Əcəmi” stansiyasından isə Bənövşəyi xəttə keçid etmək mümkündür.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu