Vəkil Elşad Məmmədov saxlanıldı


Abşeronda tanınmış vəkil saxlanılıb.

AFN.az "Unikal"a istinadən xəbər verir ki, Abşeron Vəkil Bürosunun vəkili Elşad Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində çoxsaylı vətəndaş şikayətlərinin olduğu bildirilir. Amma vəkilin tam olaraq hansı səbəbdən saxlanılması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu