6 saylı Uşaq Xəstəxanasında antisanitariya - FOTOLAR
Jurnalist Ramilə Qurbanlı 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar qovşağının bərbad vəziyyətdə olması ilə bağlı sosial şəbəkədə paylaşım edib.
AFN.az xəbər verir ki, R.Qurbanlı məkanı "antisanitariya qaynağı" adlandırıb: "Bilmədim məkan səhiyyə ocağı, tibb mərkəzidir, yoxsa antisanitariya qaynağı? Tibb mərkəzinin, TƏBİB-in rəhbərliyi uşağını belə bir yerə müayinəyə, müalicəyə gətirər? Burda sağlam uşaq sağalmaz xəstəliyə yoluxar. Otaqlar, dəhlizlər də oxşar vəziyyətdədir. Daha heç nə demirəm, nöqtə, nöqtə və nöqtə..."
Jurnalist paylaşımına dediyi mənzərəni əks etdirən görüntüləri də əlavə edib. Bildirib ki, kanalizasiya sisteminin işləməməsi səbəbindən təmizlik işçiləri də naçar qalıblar.
Həmin görüntüləri təqdim edirik:




