Qazaxıstanda Qurultayın ilk seçkisinin ilkin nəticələri açıqlanıb



Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov birpalatalı Qurultayın dünən keçirilən ilk seçkisi ilə bağlı ilkin nəticələri açıqlayıb.

AFN.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurlan Abdirov paytaxt Astanada keçirdiyi brifinqdə ölkədə 12 milyon 623 min 289 nəfərin səsvermə hüququna malik olduğunu, 9 min 865 seçicinin isə xaricdə olduğunu bildirib.

Seçkidə 9 milyon 351 min 539 nəfərin iştirak etdiyini açıqlayan Abdirov ilkin seçici fəallığının 74,08 faiz olduğunu qeyd edib.

Seçkinin ilkin nəticələrinə görə, seçkidə iştirak edən 7 siyasi partiyadan Adilet (Ədalət) Partiyası 71,17 faizlik böyük fərqlə birinci, Auyl Partiyası 6,26 faizlə ikinci, Respublica Partiyası isə 5,56 faizlə üçüncü olub.

Ak Jol Demokratik Partiyası 5,21 faiz, Milli Sosial Demokrat Partiyası (OSDP) 5,11 faiz, Qazaxıstan Xalq Partiyası 3,11 faiz, Qazaxıstan Yaşıllar Partiyası Baytaq isə 1,07 faiz səs alıb. “Hamısına qarşı” variantını seçənlərin nisbəti isə 2,51 faiz olub.

Seçkidə iştirak edən 7 siyasi partiyadan 5 faizlik baryeri keçən 5-i Qazaxıstanın birpalatalı Qurultayına daxil olmaq hüququ qazanıb.

Hakim Adilet Partiyası, Auyl Partiyası, Respublica Partiyası, Ak Jol Demokratik Partiyası və Milli Sosial Demokrat Partiyası (OSDP) 145 yerlik Qurultayda təmsil olunacaq.

Qeyd edək ki, Qazaxıstanda dünən birpalatalı Qurultayın ilk üzvlərinin müəyyənləşdirilməsi üçün seçki keçirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu