Şəhid atası Adil Əliyevdən Prezidentə ŞİKAYƏT ETDİ, sonra da ÜZR İSTƏDİ - VİDEO


Şəhid atası Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin fəaliyyəti ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

AFN.az xəbər verir ki, videomüraciətdə şəhid atası əsas diqqəti Hövsan qəsəbəsində torpaq sahələri ilə bağlı məsələlərə yönəldib. O, bəzi ərazilərin satıldığını iddia edib, konkret ünvanlar göstərərək araşdırma aparılmasını istəyib.

Şəhid atasının sözlərinə görə, Adil Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən töhmət aldıqdan sonra onun evinə gələrək kömək istəyib. O bildirib ki, buna baxmayaraq, sonradan Hövsanda soğan yetişdirmək üçün istifadə etdiyi torpaq sahəsindən məhrum olub. Bildirilib ki, buna səbəb həmin torpaqdan istifadənin qanunsuz hesab edilməsi olub.

Şəhid atası ona münasibətlə imkanlı şəxslərin eyni ərazilərdə torpaq sahələrindən istifadəsinə yanaşma arasında ciddi fərq olduğunu iddia edib. O, videomüraciətdə fikirlərini əsaslandırmaq üçün bir neçə ünvan da göstərib.

Müraciət müəllifi Prezidentdən səsləndirdiyi iddiaların araşdırılmasını, qeyd etdiyi torpaq sahələrinin hüquqi statusunun müəyyənləşdirilməsini və məsələyə hüquqi qiymət verilməsini xahiş edib.

Lakin müraciətdən sonra şəhid atası daha bir video çəkərək Adil Əliyev barədə səsləndirdiyi fikirlərin həqiqət olmadığını bildirib. O, alkoqollu içki qəbul etdiyini deyərək, bu vəziyyətindən istifadə edildiyini iddia edib:

“Mən içki içənəm. Bu vəziyyətimdən istifadə ediblər”. Şəhid atasının təkzib videosunda diqqət çəkən bir məqam da onun əvvəlki videosundan istifadə edib A.Əliyevdən pul alanlarla bağlıdır. 

Həmin görüntüləri təqdim edirik:






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu