"Sabah" ÇL oyunlarını BOS-da keçirəcək


"Sabah" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirəcək.

AFN.az xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında təsdiqini tapıb.

Azərbaycan çempionu 4 rəqibini Bakı Olimpiya Stadionunda qəbul edəcək.

"Sabah"ın ev oyunlarının təqvimi belədir:

II tur
13 oktyabr
20:45. "Sabah" – "Slaviya" (Çexiya)

III tur
20 oktyabr
20:45. "Sabah" – "Borussiya" (Dortmund, Almaniya)

V tur
25 noyabr
21:45. "Sabah" – "Barselona" (İspaniya)

VII tur
20 yanvar
21:45. "Sabah" – "Napoli" (İtaliya)

Qeyd edək ki, "Sabah" Liqa mərhələsində digər 4 görüşünü səfərdə keçirəcək. Komanda "Vikinq" (Norveç) ilə noyabrın 4-də, "Mançester Yunayted" (İngiltərə) ilə noyabrın 10-da, "Vilyarreal" (İspaniya) ilə dekabrın 8-də, "Arsenal" (İngiltərə) ilə isə yanvarın 27-də üz-üzə gələcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu