İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi - YENİLƏNİB


Osman İsmayıl oğlu Xaliyev İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin olunub.

AFN.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, dövlət başçısının digər Sərəncamı ilə Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

O.Xaliyev 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi kibernetika” ixtisası üzrə bakalavr, 2010-cu ildə isə “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.

2012-2014-cü illərdə ABŞ-nin Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb. O. Xaliyev 2010-2012-ci illərdə “Access Bank” QSC-də əməliyyatlar üzrə mütəxəssis olaraq fəaliyyət göstərib.

2014-2015-ci illərdə ABŞ-nin Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışıb. 2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.

O.Xaliyev 2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə sədrin müavini vəzifəsini icra edib. 2022-ci il noyabrın 15-də Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.

Ailəlidir, 1 övladı var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu