Fransada prezident seçkilərində hicab qadağası vədi



Fransada 2027-ci ildə keçiriləcək prezident seçkilərində mərkəz sağçı Respublikaçılar (LR) Partiyasının namizədi Bruno Retailleau qalib gələcəyi təqdirdə universitetlərdə hicabı qadağan edəcəyini bildirib.

AFN.az xəbər verir ki, Retailleau qonaq olduğu Fransanın BFMTV kanalında gələn il keçiriləcək prezident seçkiləri çərçivəsində vədlərini açıqlayıb.

Seçkini qazanacağı təqdirdə idman fəaliyyətlərində, məktəb gəzintilərində və universitetlərdə hicab qadağası tətbiq edəcəyini bildirən Retailleau ölkədə Müsəlman Qardaşlarına bağlı təşkilatları ləğv etmək vədini də verib.

Keçmiş daxili işlər naziri Retailleau hicab qadağasının ictimai yerlərdə praktiki olaraq tətbiq edilə bilməyəcəyini, təhlükəsizlik qüvvələrinin ideoloji səbəblər və ya xərçəng kimi sağlamlıq problemləri səbəbindən hicab taxan qadınlar arasında asanlıqla ayrı-seçkilik edə bilməyəcəyini müdafiə edib.

Retailleau miqrasiyanı azaltmaq istədiyini bildirərək, prezident seçiləcəyi təqdirdə Fransanın yəhudi-xristian köklərinə sahib olduğuna dair konstitusiyaya əlavə ediləcəyini söyləyib.

Mərkəz sağçı Rönesans Partiyasının prezidentliyə namizədi və keçmiş Baş nazir Qabriel Attal eyni kanala verdiyi açıqlamada ictimai yerlərdə hicab qadağasına qarşı olduğunu bildirib.

Attal Fransadakı bütün qadınların bu məsələdə seçim etmək hüququna sahib olmasını istədiyini deyib.

2023-2024-cü illərdə Fransada təhsil naziri vəzifəsində çalışan Attal 2023-cü ildə məktəblərdə şagirdlərin abaya adlandırılan uzun paltarlar geyinməsinə qadağa qoymuşdu.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu