Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?
Hazırda Bakıda və Abşeron yarımadasında davam edən küləkli hava şəraiti sentyabrın 8-i səhər saatlarında zəifləyəcək və tədricən kəsiləcək.
AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Qeyd edək ki, hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir.




