Qalib Toğrula 8 il şərti cəza verildi
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrulun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Qalib Toğrula 3 il sınaq müddəti seçilməklə 8 il şərti cəza verilib.
Qeyd edək ki, Q.Toğrul Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdi. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması maddələri ilə ittiham olunub.
Xatırladaq ki, Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.


