Xərçəng xəstəsi olan 4 yaşlı İbrahim Hüseynə təcili qan lazımdır
Xərçəng xəstəsi olan 4 yaşlı İbrahim Hüseynə təcili qan lazımdır.
AFN-in məlumatına görə, balaca İbrahim hazırda Uşaq Onkologiya Mərkəzində müalicə olunur. Bir neçə gün əvvəl kimyaterapiya edilib. Kimyaterapiyadan sonra uşağın qanı qəfil düşüb. İbrahimə qan (tronbosit) köçürülməlidir. Uşağın qan qrupu müsbət 1-dir.
Kömək etmək istəyənlərdən xahiş olunur ki, növbəti həftənin birinci günü səhər saatlarında Mərkəzi Qan Bankına müraciət etsinlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: 051 517 43 35 ( Püstəxanım-uşağın anası)