"Necati ilə danışan mənim vəkilim deyil"- Fərid Cəlilov




AFN// Bir neçə gün əvvəl saytımızda Məhkəmə Qərarlarına Nəzarət Baş İdarəsinin Xətai rayon İcra və Probasiya şöbəsinin sabiq əməkdaşı Cəlilov Fərid Arif oğlunun özünü türk iş adamı kimi təqdim edən Necati Elemana tərəfindən şərləndiyini bildirən videomüraciətini yerləşdirmişik.

Yazı AFN-də dərc edildikdən sonra N.Elemana saytlardan birinə zəng edərək F.Cəlilovu şərləmədiyini iddia edib. O bildirib ki, iddiasında haqlı olduğunu sübut edən faktlara malikdir. Həmin faktlar kimi isə F.Cəlilovun atasının və vəkilinin ona zəng edərək şikayətindən geri çəkilməsi üçün minnətçi düşdüklərini əks etdirən səs yazılarının olduğunu deyib.

AFN-ə növbəti dəfə müraciət edən F.Cəlilov N.Elemananın tamamilə yalan danışdığını bildirib: "Mənim nə atam, nə də vəkilim ona zəng etməyiblər. Guya mənim vəkilim Necati Elemanaya dəymiş zərərin(?!) bir hissəsindən keçməyi təklif edib. Atam isə ondan xahiş etmək istədiyini deyir. Bu, ağ yalandır. Necatiyə mənim tərəfdən heç kim zəng etməyib. Ona bu işdə adı keçən digər şəxsin - Ceyhun Qəmbərovun vəkili və atası zəng edib, bunu isə onlardan prokurorluğun müstəntiqi istəyib. Keçən müraciətimdə də dediyim kimi, Necati Elemana istintaqa təzyiq edir, müstəntiqləri, istintaqçıları bezdirir. Onun təzyiqlərindən bezən müstəntiq Ceyhun Qəmbərovun vəkilinə və atasına deyib ki, zəng edib barışıq yaratmağa çalışın. Onlar da zəng ediblər, indi Necati həmin danışıqlardan istifadə edib şər-böhtanını davam etdirir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu