Vüsal Qasımlı Beynəlxalq Məsləhət Komitəsinin vitse-prezidentini qəbul edib




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Beynəlxalq Məsləhət Komitəsinin Bakıda səfərdə olan vitse-prezidenti, Afrika Təlim və Tədqiqat Mərkəzinin səfiri Yelena Laggeri qəbul edib. Görüş zamanı Vüsal Qasımlı Azərbaycanda, xüsusən də dövlət idarəetmə aparatında aparılan islahatlarla bağlı məlumat verib. İcraçı direktor bildirib ki, bu islahatlar açıq hökumət, yaxşı idarəetmə prinsiplərinə uyğundur: “Prezident İlham Əliyevin ilin əvvəlindən həyata keçirdiyi struktur islahatları idarəetməni daha çevik, yığcam və məqsədyönlü etməklə, həm də onun səmərəliliyini artırıb. Dövlət idarəetmə islahatlarının bir istiqaməti də onun rəqəmsallaşmasıdır. Hazırda İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzi 30-a qədər dövlət proqramının monitorinq və qiymətləndirməsini həyata keçirir. Bu monitorinq və qiymətləndirmə sistemi nəticəsində “Data əsaslı idarəetmə” həyata keçirilir.”



V.Qasımlı əlavə edib ki, dövlət idarəetmə aparatında islahatlar mütəmadi olaraq, iqtisadiyyatın və cəmiyyətin yeni çağırışlarına uyğun şəkildə aparılır.

Qeyd edək ki, Beynəlxalq Məsləhət Komitəsinin vitse-prezidenti Yelena Laggeri Bakıya BMT-nin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilən BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak etmək üçün səfər edib.

İİTKM-in icraçı direktoru ilə görüş zamanı Y. Lagger vurğulayıb ki, Azərbaycan dövləti idarəetmə sahəsində əldə olunan uğurları inkişaf etməkdə olan ölkələr üçün yaxşı nümunədir. O əlavə edib ki, Azərbaycanın dövlət idarəetmə sahəsində təcrübəsinin digər ölkələrdə tətbiqi ilə bağlı təcrübə mübadiləsi və birgə tədbirlər həyata keçirilməlidir. Bunun üçün gələcəkdə birgə missiyalar təşkil olunacaq.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu