Səbuhi Abbasov: “Rəsmi İrəvan faşist siyasəti yürüdür”
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az informasiya portalının rəhbəri Səbuhi Abbasov 20-27 sentyabr tarixlərində QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İllik Toplantısında ölkəmizi təmsil edir.
AFN xəbər veri ki, samittə çıxış edən Səbuhi Abbasov Ermənistanın yürütdüyü faşist siyasətin bütün dünyaya təhlükə olduğunu deyib: "Bugünkü mövzu çox aktualdır. Çünki bu gün dünyada müharibələr və qarşıdurmalar çox vaxt dözümsüzlük və ayrıseçkiliklə başlayır. Buna görə də bu məsələyə daha çox diqqət yetirməliyik. Dini və ya milli olan hər hansı ayrıseçkilik yolverilməzdir. Təəssüf ki, bu gün Avropada anti-Seminizm və İslamofobiya artmaqdadır. Avropada yaşayan müsəlman qaçqınlara qarşı ayrıseçkilik bizi narahat edir. Azərbaycan 30 ildən çoxdur müharibə vəziyyətindədir. Torpaqlarımızın 20 faizini itirdik və 1 milyondan çox insan didərgin düşdü. Bu gün Dağlıq Qarabağdakı və digər işğal olunmuş ərazilərdəki məscidlər dağıdıldı və tarixi abidələr söküldü. Bunun məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür. Göyçə rayonu, doğulduğum kənd, yaxınlarımın məzarları, tarixi abidələrimiz dağıdıldı. Bu gün rəsmi İrəvan faşist siyasəti yürüdür, beynəlxalq hüquqa zidd gedir və insan haqlarınını kobud şəkildə tapdalayır”
Məlumat üçün qeyd edək ki, ötən gün QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan 1 həftəlik səfər çərçivəsində ATƏT-in İllik Toplantı iştirakçılarına ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevla bağlı məlumat flayeri paylanılıb, məlumatlandırma aksiyası keçirilib.