MDB Parlamentlərarası Assambleyasının iclasında ermənilərin təxribat xarekterli təklifi keçmədi




Cari ilin oktyabr ayının 10-da RF Sankt Peterburq şəhərində MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi Komissiyasının növbəti iclası olub.



İclasda Azərbaycanı deputatlar Rüfət Quliyev, Rasim Musabəyov və Azərbaycan Respublikasının MDB PA-dakı səlahiyyətli nümayəndəsi - PA Şurası baş katibinin Aydın Cəfərov təmsil ediblər.
İclasda deputat Rüfət Quliyev yenidən MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini seçilib.
Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan bütün məsələlərdə fəal iştirak edib, psinsipial mövqe nümayiş etdiriblər.
Xüsusilə iclasın gündəliyindəki ikinci məsələ MDB PA müşahidəçi statusunun əsasnaməsinin layihəsinin müzakirəsi çox qızğın keçib və deputatlar Rüfət Quluyev, Rasim Musabəyov və Aydın Cəfərovun çıxışları kəskinliyə fərqlənərək, ermənilərin təxribat xarekterli təkliflərinin qarşısını qətiyyətlə alıblar.
Müzakirə olunan məsələ əsasən onunla bağlı idi ki, Asiya müsəlman ölkələrinə MDB PA-da müşahidəçi statusu verilməsi hələ keçən iclasda müzakirə olunub və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə təklif olunub ki, əsasnamə ilə əlaqədar konkret təkliflər versinlər.
Ancaq Ermənistan Parlamentindən elə təxribat xarekterli təkliflər daxil olub ki, bu, Asiya müsəlman dövlətlərinə müşahidəçi statusunu verilməsini əngəlləyirdi. Müsəlman dövlətlərinə qərəzli erməni münasibəti bizim deputatları çox hiddətləndirdi və iclasda onlar erməni təkliflərini darmadağın edərək, qəbul olunmasına yol verməyiblər.
Sonda iclasda qərara alınıb ki, əsasnamənin layihəsi yenidən işlənmək üçün MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinə göndərilsin.
Qeyd olunub ki, ya yeni konstruktiv layihə hazırlansın, ya da keçən il təqdim olunmuş layihə gücündə qalsın.
Həmçinin nümayəndə heyətimizin üzvləri təklif ediblər ki, lazım gəldiyi təqdirdə layihə MDB PA-da hüquqi ekspertizadan keçirilsin. Beləliklə, ermənilərin daha bir antimüsəlman təxribatının qarşısı tam kəskinliyi ilə alınıb.
İclasda “1941-1945-ci illərdəki Böyük Vətən müharibəsində qələbənin 75-illiyinə həsr olunmuş MDB PA-nın MDB dövlətlərində keçiriləcək tədbirləri” müzakirə olunub.
Müzakirələrdə fəal iştirak edək Rüfət Quliyev təklif edib ki, Qələbənin 75-ci illiyi ilə əlaqədar “Xatirə medalı” təsis edilsin və bu medal müharibə dövründə vuruşan və çalışan ön və arxa cəbhənin sağ olan iştirakçılarına təqdim edilsin. Təklif iclas iştirakçıları və PA vəzifəli şəxsləri tərəfindən böyük razılıqla bəyənilib və MDB PA rəhbərliyinə çatdırılması nəzərdə tutulub.Digər müzakirə olunan məsələlərdə də Azərbaycan parlamentinin nümayəndə heyəti fəallığı ilə seçilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu